“omrum.az” xəbər verir ki, yarışda Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya və Ukrayna klubları mübarizə aparıblar.
Ölkəmizi turnirdə "Ulduz" Futbol Akademiyasının 2014-cü il təvəllüdlü futbolçulardan ibarət komandası təmsil edib. Onlar qrup mərhələsində "Kids"ə (Maldova) 3:0, "CFR Timişoara"a (Rumıniya) 9:0 və "Champion"a (Ukrayna) 12:1 hesabı ilə qalib gəliblər.
Yarımfinala qrup birincisi kimi vəsiqə qazanan Çingiz Bədəlovun baş məşqçisi olduğu komanda bu mərhələdə Moldova "İuppiter"i qarşılaşıb. Futbolçularımız bu dueli də aktivinə yazıblar – 6:3.
"Ulduz"un bu gün baş tutan finalda rəqibi isə ev sahibləri – "Çerno More" olub. Gərgin keçən matçda təmsilçilərimi bolqarları 1:0 hesabı ilə məğlub edərək, turnirin qalibi adını qazanıblar.
Qeyd edək ki, yarışda 12 komanda mübarizə aparıb.