
“omrum.az” xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko sosial şəbəkə hesabında məlumat yayıb.
“Rüstəm Umerov ölkəyə qayıdıb. Nəhayət! Kədərlənirdik”, - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 17-də adı korrupsiyada hallanan Umerovun Ukraynaya qayıtmaqdan imtina etdiyi bildirilmişdi. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi isə onun Ukraynaya qayıtmaqdan imtina etməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını açıqlamışdı.