Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.18.2025 | 20:10 | Baxılıb: 1146
Ukrayna Ali Radasının həbsdə olan deputatı Aleksandr Dubinski Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) Türkiyədə olan rəhbəri Rüstəm Umerovun ABŞ Federal Təhqiqat Bürosuna (FBI) ifadə verdiyini iddia edib.

“omrum.az” xəbər verir ki, bu barədə onun teleqram kanalında paylaşım edilib.

Onun sözlərinə görə, Umerov hazırda FBI qarşısında ifadə verərək korrupsiya qalmaqalında “özünü xilas etməyə çalışır”. Deputat həmçinin Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın gözləmə mövqeyi tutduğunu və “baş verənlərə görə günahkar axtardığını” yazıb.

Qeyd edək ki, Ukraynanın enerji sektorunda genişmiqyaslı mənimsəmə işi, eləcə də iş adamı Timur Mindıçın adı ilə bağlı ortaya çıxan korrupsiya qalmaqalı ölkədə ciddi rezonans doğurub. Hadisədən sonra müxalifət hökumətin istefasını tələb edib.

Məlumatlara görə, Prezident Volodimir Zelenskinin komandasının bəzi üzvləri, o cümlədən Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Yermakın istefasını tələb edənlər arasında olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.