“omrum.az” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
“O ki qaldı Trampın Putinin “odla oynaması” və Rusiyanın başına gələ biləcəklər haqqında dediklərinə gəlincə... Mən yalnız bir pis şeyi bilirəm, o da III Dünya Müharibəsi. Ümid edirəm ki, Tramp bunu başa düşəcək!”, - Medvedev yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya lideri Vladimir Putinin “odla oynadığını” bildirib.