Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Uşağı soyan şəxs kameraya düşmüşdü, tutuldu - Video
 
						Uşağı soyan şəxs kameraya düşmüşdü, tutuldu 
							 - Video
Əlavə olunub: 08.01.2025 | 12:40 | Baxılıb: 5189
Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

“omrum.az"in əldə etdiyi məlumata görə, rayon ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.