Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Venesueladan ABŞ-yə cavab gecikmədi
 
						Venesueladan ABŞ-yə cavab gecikmədi
Əlavə olunub: 05.28.2025 | 05:52 | Baxılıb: 2395
Xəbər verdiyimiz kimi, ABŞ vətəndaşlarını Venesuelaya səyahət etməməyə çağırıb.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, buna cavab olaraq Venesuela Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarına ABŞ-yə səfər etməkdən çəkinməyi və orada yaşayırlarsa, ölkəni tərk etməyi tövsiyə edib.

Bu barədə ölkənin xarici işlər naziri İvan Gil Pinto məlumat yayıb.

Nazir ABŞ-da venesuelalıların sistematik insan haqlarının pozulmasının qurbanı olduqlarını, onların səbəbsiz olaraq həbs edildiyini, ailələrindən ayrılaraq üçüncü ölkələrin konslagerlərinə köçürüldüyünü və bunun müasir tarixin ən pis dövrlərini xatırladan qəbuledilməz bir təcrübə olduğunu diqqətə çatdırıb.

Gil həmçinin qeyd edib ki, Venesuela vətəndaşı olan vətəndaşlar ABŞ-də ən ağır ksenofobiyaya məruz qalırlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.