Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi - Ailəsi kömək istəyir
 
						Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi 
							 - Ailəsi kömək istəyir
Əlavə olunub: 08.03.2025 | 23:26 | Baxılıb: 7590
Kanadanın Toronto şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov vəfat edib.

“omrum.az” xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilir ki, Sadiq Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.

Ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.

Mərhumun yaxınları onun cənazəsinin vətənə gətirilməsi üçün kömək istəyir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.