Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
 
						Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü 
							 - Hökm oxundu
Əlavə olunub: 02.27.2025 | 17:40 | Baxılıb: 2457
Kürdəmirdə vəzifəli şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxsə hökm oxunub.

“omrum.az” xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 36 yaşlı Asif İsmayılova 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun sürücülük hüququ da 1 il 6 ay müddətə məhdudlaşdırılıb.

Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınıb.

Bildirilib ki, ötən ilin iyul ayında baş vermiş hadisə vaxtı piyada, Kürdəmir Şəhər Avtovağzalının müdiri Rasim İsrafilov rayonun Bakı prospektində yol kənarında dayanıbmış. O, həyat yoldaşını paytaxta yola salmaq üçün maşın gözləyirmiş. Bu zaman A.İsmayılov “Ford Transit” markalı avtomobili arxaya doğru hərəkət etdirib. Nəticədə maşın R. İsrafilova dəyib. Yıxılaraq ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.