Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vida mərasiminə Əli Əsədov da qatıldı - Fotolar
 
						Vida mərasiminə Əli Əsədov da qatıldı 
							 - Fotolar
Əlavə olunub: 08.04.2025 | 13:13 | Baxılıb: 6665
Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edib.

“omrum.az"in məlumatına görə, Baş nazir Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən mərasimə qatılıb və mərhumun ailə üzvlərinə başsağlığı verib.

Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak edib.

Mərhum Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, E.Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib.

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.