Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanıldı
 
						Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanıldı
Əlavə olunub: 06.03.2025 | 23:30 | Baxılıb: 1527
Britaniya polisi kral III Çarlzın Vindzor qəsrinin ərazisinə qanunsuz daxil olmaqda şübhəli bilinən 30 yaşlı kişini saxlayıb.

“omrum.az” xəbər verir ki, bu haqda “The Times” məlumat yayıb.

Məlumata görə, həmin şəxs mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda və narkotik maddə saxlamaqda şübhəli bilinərək saxlanılıb. 

Qeyri-rəsmi məlumatlara görə, o, narkotikin təsiri altında olarkən hasara dırmaşaraq Vindzor qəsri ərazisinə daxil olub.

Bazar günü baş verən hadisə zamanı Britaniya kral ailəsinin üzvlərinin qalada olub-olmadığı məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.