“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Xameneinin Mətbuat xidməti yayıb.
Onun sözlərinə görə, indi olduğu kimi, əvvəllər də (keçmiş Prezident İbrahim Rəisinin dövründə - red.) vasitəçilərin köməyi ilə danışıqlar aparılıb, lakin nəticəsiz qalıb: “İndi də, bu danışıqların hər hansı nəticə verəcəyini düşünmürük. Bundan sonra nə olacağı aydın deyil”.
Xamenei, həmçinin qeyd edib ki, İrandan uranın zənginləşdirilməsini dayandırmaq böyük səhvdir: “Qarşı tərəfə xəbərdarlıq etmək istərdim. Vasitəçilərin köməyi ilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri, çalışın boş-boş danışmayın. “İrana uranın zənginləşdirilməsi ilə məşğul olmağa icazə verməyəcəyik” deməyiniz böyük səhvdir. Bizə heç kəsin icazəsi lazım deyil”.
Xatırladaq ki, ABŞ və İran arasında danışıqların beşinci raundunun mayın 24-dən 25-nə qədər Romada keçirilməsi gözlənilir.