Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xanım prokurorlara yeni vəzifə verildi
 
						Xanım prokurorlara yeni vəzifə verildi
Əlavə olunub: 02.20.2025 | 15:46 | Baxılıb: 10322
Prokurorluq orqanlarında yeni təyinatlar olub.

“omrum.az” Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.

S.Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.

Digər müvafiq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Fotoda: Suad Qəhrəmanova 

Fotoda: Pərvin Bağırova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.