Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
 
						Xankəndidən Şuşaya kanatla gedəcəyik 
							 - 13 dəqiqəyə...
Əlavə olunub: 07.03.2025 | 16:19 | Baxılıb: 5446
Prezident İlham Əliyev bu gün Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

“omrum.az” xəbər verir ki, dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.