
“omrum.az” “CBS News”a istinadən xəbər verir ki, iki ölkə lideri görüşdən sonra Oval kabinetdə jurnalistlərin suallarını cavablandırıb.
Mətbuat konfransı zamanı jurnalistlərdən biri Trampa 2018-ci ildə səudiyyəli müxalif jurnalist Camal Xaşoqqinin İstanbulda qətlə yetirilməsi hadisəsinə dair sual ünvanlayıb.
O isə cavabında Məhəmməd bin Salmanın həmin hadisədən xəbəri olmadığını, bir çoxlarının Xaşoqqini sevmədiyini deyib:
“Haqqında bəhs etdiyiniz şəxsi bir çoxları sevmirdi, belə şeylər olur, lakin onun (Məhəmməd bin Salman – red.) bundan xəbəri olmayıb”.
Xatırladaq ki, ABŞ-də yaşayan jurnalist və Səudiyyə Ərəbistanı hökumətini tənqid edən C.Xaşoqqi 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səsləndirilib.