Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xətaidəki yanğın söndürüldü - Video+Yenilənib
 
						Xətaidəki yanğın söndürüldü 
							 - Video+Yenilənib
Əlavə olunub: 08.21.2025 | 17:23 | Baxılıb: 9722
Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verib. 

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. 

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir.

***

FHN yanğınla bağlı məlumat yayıb.

Bildirilir ki, yanğın yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb:

“Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 300kv.m. sahədə təkər və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.