Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xəzərdən gənc qızın meyiti tapıldı - Yenilənib
 
						Xəzərdən gənc qızın meyiti tapıldı 
							 - Yenilənib
Əlavə olunub: 06.10.2025 | 09:10 | Baxılıb: 9623
Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyiti çıxarılıb.

“omrum.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, meyitin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

“omrum.az"in əldə etdiyi məlumata görə, iyunun 10-u saat 02 radələrində Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının yaxınlığında dənizdə meyit olması barədə aidiyyəti qurumlara məlumat daxil olub.

18-20 yaşlı qadına məxsus meyit tapılaraq sudan çıxarılıb. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Gənc qızın hansı şəraitdə, harada və nə vaxt dənizə düşərək ölməsi məlum deyil.

ri rus dilində oxuyun: В Лос-Анджелесе громят магазины и возводят баррикады - ВИДЕО 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.