Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
XİN Pakistandakı daşqınlarla bağlı paylaşım edib
 
						XİN Pakistandakı daşqınlarla bağlı paylaşım edib
Əlavə olunub: 08.16.2025 | 11:52 | Baxılıb: 1082
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda qeydə alınan daşqınlarla bağlı paylaşım edib.

“omrum.az” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında edilən paylaşımda deyilir:

“Pakistanın şimal hissəsində daşqınların törətdiyi faciəvi insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin vaxtda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir”.

Qeyd edək ki, Pakistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 321 nəfərə çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.