Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - Foto
 
						Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı 
							 - Foto
Əlavə olunub: 08.14.2025 | 09:59 | Baxılıb: 1026
Avqustun 11-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “omrum.az”ya bildirilib ki, polis araşdırması ilə yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.