“omrum.az” xəbər verir ki, hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Bundan əlavə, Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.
Əlavə məlumat veriləcək.