Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yağıntılar sabah kəsiləcək
 
						Yağıntılar sabah kəsiləcək
Əlavə olunub: 08.16.2025 | 10:31 | Baxılıb: 1528
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “omrum.az”ya verilən məlumata görə, bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.