Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 23:49 | Baxılıb: 1737
“Barselona”nın gənc hücumçusu Lamin Yamal 2025-ci il üzrə dünya futbolu üzrə ən çox satılan forma siyahısında lider olub.

“omrum.az” xəbər verir ki, bu barədə SPORF nəşri məlumat yayıb.

Portalın son marketinq araşdırmasına əsasən, 18 yaşlı Yamalın forması 1 milyon 315 min nüsxəlik satışla dünya üzrə birinci yeri tutub. Bununla da o, ikinci pillədə qərarlaşan klub əfsanəsi Lionel Messini geridə qoyub. Messinin forması isə 1 milyon 278 min dəfə satılıb. Üçüncü yerdə isə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski qərarlaşıb. Onun forması 1 milyon 110 min nüsxə satılıb.

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.