Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 23:15 | Baxılıb: 1556
Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu öz tərcümeyi-halında yanlış təhsil məlumatı ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.

“omrum.az” xəbər verir ki, səbəb “Libertatea” qəzetindəki məqalə olub, ona görə nazirin göstərdiyi Buxarestdəki Athenaeum Universitetinin diplomu təsdiqlənməyib.

Universitet 1990-cı illərin sonunda belə tələbəsinin olmadığını bildirib.

“Milli təhlükəsizliyimiz nəyin bahasına olursa-olsun qorunmalıdır. Mən təhsilimlə bağlı müzakirələrin və illər əvvəl etdiyim səhvlərin indi ölkəyə rəhbərlik edənlərin diqqətini yayındırmasını istəmirəm”, - Moşteanu öz feysbuk hesabında istefasını elan edərək yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.