Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.05.2025 | 01:25 | Baxılıb: 1451
Ukrayna Prezidenti Volodimir Zelenski istefa verən Andrey Yermakın yerinə prezident aparatının yeni rəhbərinin təyin edilməsi ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyini bildirib.

“omrum.az” xəbər verir ki, o bu barədə teleqramda axşam videomüraciətində danışıb.

Zelenski deyib ki, cümə axşamı, dekabrın 4-də bu vəzifəyə namizədlərlə əlavə görüşlər keçirib.

“Yaxın vaxtlarda yeni ofis rəhbəri ilə bağlı qərar veriləcək”, - o vurğulayıb.

Xatırladaq ki, Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.