“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
Məlumata görə, onun oğlu Mutvali Şıxlınski də saxlanılıb.
Həmin anın görüntülərini təqdim edirik:
***
APA-nın xəbərinə görə, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.
Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.
Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.
Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.