Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Yelobank”ın filial müdiri müştərinin çənəsini sındırıb?
 
						“Yelobank”ın filial müdiri müştərinin çənəsini sındırıb?
Əlavə olunub: 03.13.2025 | 17:46 | Baxılıb: 3004
“Yelobank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.

“omrum.az” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc paylaşım edib.

O iddia edib ki, filial müdiri Vüqar Mirzəzadə xidmətin gecikməsinə görə irad bildirən müştərini vuraraq çənəsini sındırıb. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı cinayət işi də açılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır: “Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.