Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yeni açılan körpüdə “protiv” gedən “Range Rover” cərimə meydançasında - Video
 
						Yeni açılan körpüdə “protiv” gedən “Range Rover” cərimə meydançasında 
							 - Video
Əlavə olunub: 03.29.2025 | 12:24 | Baxılıb: 7582
Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat xidmətindən “omrum.az”ya bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

“Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib. Araşdırma aparılır”, - açıqlamada vurğulanıb.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.