Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yeni mövsümdə “El-Klasiko”ların vaxtı açıqlandı
 
						Yeni mövsümdə “El-Klasiko”ların vaxtı açıqlandı
Əlavə olunub: 07.02.2025 | 04:33 | Baxılıb: 2418
İspaniya La Liqasında 2025/2026 mövsümün təqvimi açıqlanıb.

“omrum.az” xəbər verir ki, ilk tur avqustun 17-də start götürəcək.

Son çempion “Barselona” ilk qarşılaşmada “Malyorka”nın qonağı olacaq. İspan nəhəngi “Real” mövsümə “Osasuna” ilə Madriddə start verəcək.

Əzəli rəqiblər “Barselona” və “Real” arasında mövsümün ilk “El-Klasiko”su 10-cu turda oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-ci tur çərçivəsində mayın 10-da baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.