
“omrum.az” xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.
“Nkunku 28 yaşında Azərbaycanda! Bakıda başqa kimlər ad gününü qeyd edib?”, - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Xatırladaq ki, oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olmuşdu.