Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yeniyetmə qızı məktəbdən qaçıran kişi - Saxlanıldı
 
						Yeniyetmə qızı məktəbdən qaçıran kişi 
							 - Saxlanıldı
Əlavə olunub: 03.14.2025 | 19:57 | Baxılıb: 10402
Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Bu barədə “omrum.az”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.