Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 08:05 | Baxılıb: 1875
Çin Tianqonq Kosmik Stansiyasından geri dönüşü gecikmiş “Shenzhou-20” taykonat heyətinin başqa bir servis vasitəsilə Yerə qayıtdığını açıqlayıb.

“omrum.az” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, Çinq Donq, Çinq Konqruy və Vanq Cieni daşıyan “Shenzhou-21” kapsulu Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki Donqfenq sahəsinə enib.

Qeyd edək ki, taykonatların planlaşdırılan 5 noyabr geri dönüşü “Shenzhou-20” servisində aşkar edilmiş zədə səbəbindən təxirə salınmışdı. Zədənin kosmik zibildən qaynaqlandığı bildirilirdi. Aparılan yoxlamalar və təhlükəsizlik qiymətləndirmələrindən sonra taykonat heyətinin “Shenzhou-21” ilə stansiyadan Yerə qayıtmasına qərar verilmişdi.

“Shenzhou-20” kosmik gəmisi ilə stansiyaya göndərilən və altı aydan çox xidmət edən taykonatlar komandası orbiti 31 oktyabrda stansiyaya gələn “Shenzhou-21” komandası ilə missiyanı təhvil verib.

Tianqonq Kosmik Stansiyasındakı üç nəfərlik taykonat komandası altı aylıq dövr üzrə rotasiya ilə missiyalarını həyata keçirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.