Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yıxılan gənc 6 gün sonra öldü
 
						Yıxılan gənc 6 gün sonra öldü
Əlavə olunub: 05.17.2025 | 12:31 | Baxılıb: 1999
6 gün əvvəl qoşqudan yıxılan Bərdə sakini xəstəxanada ölüb.

“omrum.az"in xəbərinə görə, hadisə Bərdə rayon Yeni Daşkənd kəndində baş verib. 

Kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Baş nahiyəsindən ağır xəsarət alan K.Əlizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və o, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.