Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yol polisi bu videodakıları məsuliyyətə cəlb etdi - Video
 
						Yol polisi bu videodakıları məsuliyyətə cəlb etdi 
							 - Video
Əlavə olunub: 04.11.2025 | 19:07 | Baxılıb: 3469
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər DYP İdarəsindən “omrum.az”ya verilən məlumata görə, avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub. 

Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.