Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yol polisini təhdid edən sürücü həbs olundu - Anbaan video
 
						Yol polisini təhdid edən sürücü həbs olundu 
							 - Anbaan video
Əlavə olunub: 05.26.2025 | 18:31 | Baxılıb: 13852
Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.

“omrum.az” xəbər verir ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib. 

Məlumata görə, sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. 

YPX əməkdaşı ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib.

S.Məmmədov əməlini etiraf edib və həbs olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.