Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.03.2025 | 13:53 | Baxılıb: 3242
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük maşını “İsizu” markalı digər yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində “İsizu” yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. “İsizu"in sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.