Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yük maşını aşdı, yolu bağladı - Fotolar
 
						Yük maşını aşdı, yolu bağladı 
							 - Fotolar
Əlavə olunub: 04.22.2025 | 00:34 | Baxılıb: 3240
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. 

“omrum.az” Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun hərəkət zolağından çıxaraq qarşı istiqamətə keçib və aşıb. Qəza zamanı avtomobildə daşınan müxtəlif yüklər yola səpələnib, bu da nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Əraziyə cəlb edilən yol polisi əməkdaşları hərəkətin bərpası və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.