Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 20:55 | Baxılıb: 2229
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Fransada çarpayı taxtabitilərinin Rusiyanın yaydığı iddiasına kəskin reaksiya göstərib.

“omrum.az” xəbər verir ki, Zaxarova rəsmi teleqram kanalında yayımladığı açıqlamada Fransanın dövlət qurumlarının ziddiyyətli mövqelərinə diqqət çəkib.

O xatırladıb ki, əvvəlcə Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon ölkədəki taxtabiti istilasında Rusiyanı günahlandırmış, daha sonra isə Makron bu hadisəni Moskvanın yaydığı “feyk xəbər” adlandırmışdı.

“Belə olan halda sual yaranır: Rusiya Fransada taxtabitilərinin olmasında günahkardır, yoxsa olmamağında? Yuyunmağı sınamısınız? Bu, həm bədən parazitlərinə, həm də nevrozlara yaxşı təsir edir”, – deyə o söyləyib.

Qeyd edək ki, ölkədə taxtabitilərinin geniş yayılması 2024-cü ilin payızında kütləvi şəkildə qeydə alınmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.