Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zavodun hasarı uçdu - Ölən var
 
						Zavodun hasarı uçdu 
							 - Ölən var
Əlavə olunub: 05.03.2025 | 13:24 | Baxılıb: 4564
Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

“omrum.az” xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “İdeal” kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı “KamAZ” markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.