Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zaxarovadan rusdilli məktəblərin bağlanacağı xəbərinə - Reaksiya
 
						Zaxarovadan rusdilli məktəblərin bağlanacağı xəbərinə 
							 - Reaksiya
Əlavə olunub: 07.02.2025 | 17:20 | Baxılıb: 15541
“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycanda rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı xəbər yayılıb. Bu gün isə sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində də rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı haqda məlumatlar yayılıb.

Sonuncu məlumatı Elm və Təhsil Nazirliyi nə təkzib, nə də təsdiq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.