Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zəhra övladlarının gözü qarşısında öldürülübmüş - Video
 
						Zəhra övladlarının gözü qarşısında öldürülübmüş 
							 - Video
Əlavə olunub: 06.06.2025 | 03:17 | Baxılıb: 3998
Xəbər verdiyimiz kimi, Şəkidə 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

“omrum.az"in məlumatına görə, hadisə ilə bağlı mərhumun qardaşı Rəşad Balaməmmədov Baku TV-yə danışıb.

“Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm, bacım yerdə uzanıb. O artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 ay idi ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb”, - o söyləyib.

Qeyd edək ki, hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Onların 3 və 13 yaşlı iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.