Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski Nəriman Cəlalı Türkiyəyə səfir göndərdi
 
						Zelenski Nəriman Cəlalı Türkiyəyə səfir göndərdi
Əlavə olunub: 05.15.2025 | 03:00 | Baxılıb: 3438
Ukrayna Prezidenti Volodimir Zelenski Krım Tatar Xalq Məclisinin sədrinin müavini Nəriman Cəlalı ölkənin Türkiyədəki səfiri təyin edib.

“omrum.az” xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Qeyd edək ki, N. Cəlal eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.

2021-ci ilin sentyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.