Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski onları Kiyevə toplayır
 
						Zelenski onları Kiyevə toplayır
Əlavə olunub: 05.04.2025 | 09:30 | Baxılıb: 2766
Ukraynada ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə milli təhlükəsizlik üzrə müşavirlərin görüşü keçirilə bilər.

“omrum.az” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.

Ukrayna lideri bildirib ki, görüşün tarixi hələ müəyyənləşdirilməyib.

Məlumata görə, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçiriləcək görüş ötən ay London və Parisdə keçirilən son danışıqların davamı olacaq.

O, görüşdə ABŞ Dövlət katibi Marko Rubionun da iştirak edə biləcəyini istisna etməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.