
“omrum.az” xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid “X” sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bu xəbəri iki məlumatlı mənbə təsdiqləyib.
“Zelenskinin ABŞ-nin təklif etdiyi sülh planını müzakirə etmək üçün cümə günü vitse-prezident J.D.Vance ilə danışacağı gözlənilir”, - o qeyd edib.
***
“Axios”un məlumatına görə, Ukrayna lideri Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti J.D.Vens ilə telefon danışığı aparıb, Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün təklif etdiyi planı müzakirə edib.
Danışığın təfərrüatları hələlik məlum deyil.