Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski təsdiqlədi - Nümayəndə heyəti İstanbula gedir
 
						Zelenski təsdiqlədi 
							 - Nümayəndə heyəti İstanbula gedir
Əlavə olunub: 06.01.2025 | 17:06 | Baxılıb: 1497
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

“omrum.az” xəbər verir ki, o bu barədə teleqram kanalında məlumat verib.

“Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargah, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. İstanbulda bazar ertəsi baş tutacaq görüş öncəsi mövqelərimizi müəyyən etdim”, - deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, danışıqlarda atəşkəs və əsirlərin azad edilməsi müzakirə olunacaq.

“Nümayəndə heyətimizə bazar ertəsi Rustem Umerov rəhbərlik edəcək”, - deyə Zelenski vurğulayıb.

Rusiya mətbuatı İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin yola düşdüyünü bildirib.

Xatırladaq ki, Moskva - Kiyev danışıqlarının birinci raundu mayın 16-17-də İstanbulda keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.