Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski Trampın qarşısına yenə kostyumsuz çıxacaq? - Ağ Ev narahatdır
 
						Zelenski Trampın qarşısına yenə kostyumsuz çıxacaq? 
							 - Ağ Ev narahatdır
Əlavə olunub: 08.18.2025 | 21:02 | Baxılıb: 1212
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla bu gün keçiriləcək görüşə pencək geyinəcək, lakin qalstuk taxmayacaq. 

“omrum.az” xəbər verir ki, bu barədə “Axios”  portalı  etibarlı mənbələrə istinadən məlumat yayıb.

Portalın yazdığına görə, bu gün Zelenski iyun ayında NATO sammitində geyindiyi qara pencəkdə Trampı ziyarət etmək istəyir. 

Qeyd olunur ki, Ağ Ev nümayəndələri hətta Ukrayna tərəfdən Zelenskinin ABŞ-yə səfəri zamanı rəsmi geyim tərzinə riayət edib-etməyəcəyi ilə maraqlanıblar. 

Xatırladaq ki, bu ilin fevral ayında Zelenskinin Trampla  keçirilən görüşə rəsmi geyimdə qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu. 

ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp da, onun müavini Ceyms Devid Vens də isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçlamışdı.

Qeyd edək ki, ABŞ və Ukrayna liderləri arasında danışıqlar bu gün  Ağ Evdə baş tutacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.