Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski Türkiyəyə getdi
 
						Zelenski Türkiyəyə getdi
Əlavə olunub: 05.15.2025 | 01:33 | Baxılıb: 3474
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

“omrum.az” xəbər verir ki, bu barədə “Reuters”məlumat yayıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə Zelenskinin səfərinin təşkili ilə bağlı danışıq aparıb.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqları bərpa etməyi təklif edib. O bildirib ki, mümkün dialoqun təməlində münaqişənin köklü səbəblərini aradan qaldırmaq və uzunmüddətli sülhə nail olmaq duracaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.