Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - Foto
 
						Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü 
							 - Foto
Əlavə olunub: 05.18.2025 | 15:25 | Baxılıb: 2113
Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.

“omrum.az” xarici mətbuata istinadən xəbər verir ki, onlar Papa XIV Leonun taxta çıxma mərasimi zamanı qarşılaşıblar.

Siyasətçilər görüş zamanı bir-birlərinin əlini sıxıblar.

Xatırladaq ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tutub. Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri arasında keçirilən görüş zamanı prezidentlər Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. 

Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.