Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 00:45 | Baxılıb: 1550
Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinin keçmiş rəhbəri Andrey Yermakı Milli Təhlükəsizlik və Müdafiə Şurasından (MTX) və Ali Baş Komandanlığın qərargahından uzaqlaşdırıb.

“omrum.az” xəbər verir ki, bu barədə Ukrayna lideri müvafiq fərmanlar imzalayıb.

Sənəddə qeyd edilir ki, dəyişikliklər dərc edildiyi gündən qüvvəyə minir. Lakin qərarın səbəbləri fərmanlarda göstərilməyib.

Xatırladaq ki, Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.