
“omrum.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi tarixçi və analitik Yevgeni Norin çıxış edib.
O, fotonun Kupyanskın qərbində, Xarkov küçəsində çəkildiyinə diqqət çəkib: “Yəni Zelenski xəritələrdə bizimki kimi göstərilən ərazidən kənarda yerləşir”.
Rusiya Dövlət Dumasının üzvü Aleksey Çepa isə Ukrayna liderinin Kupyansk istiqamətinə səfərinin PR (piar) aksiyası olduğunu iddia edib.
Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə adıçəkilən şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi. Ötən gün isə Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb, paylaşımına “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” sözlərini əlavə edib.