
“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.
Bildirilib ki, axtarış Ukraynanın Milli Antikorrupsiya Bürosu və ölkənin Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu tərəfindən həyata keçirilir.
***
A.Yermak teleqram kanalında paylaşım edərək evində axtarış aparılmasını təsdiq edib.
Zelenskinin Ofisinin rəhbəri əməliyyatın keçirilməsinə onun tərəfindən heç bir əngəl olmadığını vurğulayıb.
***
Ukrayna mediasının məlumatına görə, A.Yermakın evində axtarış başa çatıb.
Axtarış əməliyyatından sonra keç kəsə ittiham irəli sürülməyib. Bununla belə, istintaq əməliyyatlarının davam etdiyi bildirilib.
