Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zelenskinin sözləri Ukraynaya problem yaradır”
 
						“Zelenskinin sözləri Ukraynaya problem yaradır”
Əlavə olunub: 05.26.2025 | 09:54 | Baxılıb: 1169
“Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə problemlər yaradan açıqlamalar verməyi dayandırmalıdır”.

“omrum.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib.

“Onun dediyi hər şey problem yaradır, bu mənim xoşuma gəlmir və yaxşı olardı ki, bunları dayandırsın”, - deyə, Tramp bildirib.

ABŞ lideri, bununla yanaşı, əlavə edib ki, Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə hücumlarına gərək yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.